Bloger Sevinc Hüseynovanın tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızına qarşı qaldırdığı məhkəmə iddiası təmin olunmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə aparıcının vəkili Yaqub Nəcəfli “big.az”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsində Hüseynova Sevinc Bağman qızının Bayramova Səidə Bəkir qızına qarşı xüsusi ittiham qaydasında verdiyi ərizəyə baxılıb:
“Məhkəmə baxışının nəticəsi olaraq xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülməyib. Bu nəticə bir daha göstərir ki, cinayət təqibi aləti şəxsi münasibətlərin, əsassız ittihamların və emosional iddiaların davamı kimi istifadə edilə bilməz. Böhtan və təhqir kimi ittihamlar ciddi hüquqi əsas, konkret sübut və qanunun tələb etdiyi prosessual çərçivə olmadan məhkəmə icraatına çevrilə bilməz.
Bayramova Səidə Bəkir qızı barəsində irəli sürülmüş iddiaların məhkəmə icraatına qəbul edilməməsi müdafiə tərəfinin mövqeyinin əsaslı olduğunu göstərən mühüm prosessual nəticədir.
Səidə xanımın vəkili olaraq bildirirəm ki, bu tip şikayətlər ictimai nüfuza təzyiq vasitəsi kimi deyil, yalnız real hüquqi əsaslar olduqda qaldırılmalıdır. Əks halda, məhkəmə mexanizmlərinin əsassız iddialarla yüklənməsi həm ədalət mühakiməsinin mahiyyətinə, həm də şəxslərin hüquqi təhlükəsizliyinə ziddir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:34 / 07.07.2026
Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı məhkəmə iddiası rədd edilib - SƏİDƏ BƏKİRQIZININ VƏKİLİNDƏN AÇIQLAMA
Hazırda oxunan: Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı məhkəmə iddiası rədd edilib - SƏİDƏ BƏKİRQIZININ VƏKİLİNDƏN AÇIQLAMA
Hazırda oxunan: Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı məhkəmə iddiası rədd edilib - SƏİDƏ BƏKİRQIZININ VƏKİLİNDƏN AÇIQLAMA
623863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































