Xəbər verdiyimiz kimi, 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Ankaraya səfər edən ABŞ Prezidenti Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğanla rəsmi görüşü başlayıb. Görüş zamanı jurnalistin F-35 qırıcılarının Türkiyəyə satışı və mövcud hüquqi məhdudiyyətlərlə bağlı suallarını cavablandıran Tramp bu məsələnin həll oluna biləcəyinə işarə edib.
Bizim.Media xəbər verir ki, ABŞ prezidenti satışla bağlı qərar qəbul edəcəklərini bildirərək "Niyə biz bunu etməyək?" cualını verib.
Tramp Türkiyənin ABŞ-ın bir çox digər tərəfdaşlarından daha loyal bir müttəfiq olduğunu vurğulayıb.
O, Prezident Ərdoğanın "inanılmaz bir iş" gördüyünü qeyd edərək, Türkiyənin onun rəhbərliyi altında hərbi baxımdan çox güclü bir ölkəyə çevrildiyini və türk əsgərlərinin mükəmməl olduğunu bildirib.
Tramp Ərdoğanla olan şəxsi münasibətlərinə də toxunaraq, bəzən ən sərt insanlarla ümumi dil tapmağın mümkün olduğunu, Ərdoğanla isə tanış olduqları ilk gündən etibarən çox yaxşı münasibət qurduqlarını qeyd edib:
ABŞ prezidenti bildirib ki, görüşlərdə əsas müzakirə mövzuları ticarət əlaqələri, hərbi məsələlər və digər strateji istiqamətlər olacaq.
Tramp, həmçinin qeyd edib ki, Türkiyənin malik olduğu real hərbi güc bir çoxlarının təxmin etdiyindən daha böyükdür.
ABŞ Prezidenti Donald Tramp, həmçinin Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların ləğv ediləcəyini bildirib.
Amerika lideri dost ölkələrə qarşı sanksiya tətbiq etmək niyyətində olmadıqlarını qeyd edib: "Dostlara sanksiya qoymuruq".
Trampın sözlərinə görə, artıq bu addımı atmağın vaxtı çatıb.
ABŞ prezidenti Türkiyənin bir çox sahələrdə ABŞ-ın daha loyal müttəfiqi olduğunu, bəzi digər ölkələrdən fərqli olaraq bu loyallığı nümayiş etdirdiyini bildirib.
Xatırladaq ki, 2020-ci ildə Vaşinqton Rusiyadan S-400 sistemlərinin alınması səbəbindən CAATSA qanunu çərçivəsində Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Bu məhdudiyyətlər nəticəsində Türkiyənin Müdafiə Sənayesi İdarəsi (SSB) cəzalandırılmış və Ankara F-35 qırıcı proqramından xaric edilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:19 / 07.07.2026
Trampdan F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Trampdan F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Trampdan F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı AÇIQLAMA - VİDEO
623860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































