Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏK

Hazırda oxunan: Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏK

623852

1 avqust tarixindən etibarən Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Sinqapur Respublikasının xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı zamanı məlumat verib.

Nazir Ceyhun Bayramov 1 avqust tarixindən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin