Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir?– Yalan xəbər imiş- FOTO

Hazırda oxunan: Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir?– Yalan xəbər imiş- FOTO

623854

Məlum olduğu kimi, Bir neçə gün öncə aparıcı Zaur Kamal avtomobillə qəzaya düşməsi barədə məlumat yayıb. Bu barədə aparıcı öz instaqram hesabında paylaşım edib.

O, avtomobilinin fotosunu paylaşaraq, "Bu da belə getdi", – sözlərini yazıb. Daha sonra aparıcı açıqlamasında bildirib ki, hadisə Gəncəyə gedərkən baş verib. “Gəncəyə çata-çatda oldu. Salamatçılıqdır", – deyə o əlavə edib.

Çox maraqlıdır ki, Zaur Kamalın düşdüyü qəzanı özündən başqa heç kim görməyib, özünün paylaşdığından başqa görüntülər ortaya çıxmayıb. Zaur Kamalın qəza törətməsi ilə bağlı heç bir fakt yoxdur.

Bizim.Media xəbər verir ki, “Avtosfer.az”ın əldə etdiyi məlumata görə, hətta polis özü belə bu məsələni araşdırır. Hadisənin hansı tarixdə və harada baş verməsi hələ də məlum deyil.

Bəs görəsən, Zaur Kamal belə bir uydurmanı cəmiyyətə sıramaqla nəyə nail olmaq istəyir? Verilişi qapanıb deyə gündəmdə qalmaq üçün arabir bu cür şou xarakterli məlumatlarla nə demək istəyir?

Əməkdaşımız Zaur Kamalla əlaqə yaratmağa çalışsa da, o, telefona cavab verməyib. Bir neçə dəfə zəng etdikdən sonra telefonu açan aparıcı "Efirdəyəm", – deyərək dəstəyi asıb.

Bundan sonra əməkdaşımız yenidən onunla əlaqə saxlamağa çalışsa da, Zaur Kamal telefon zənglərinə cavab verməyib.

Məlumata görə, Zaur Kamalın qəzaya düşmüş maşın kimi paylaşdığı görüntü ən azı 3 il öncə baş vermiş hadisənin görüntüsüdür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin