Bitcoin-in mayneri (Bitcoin vahidlərinin dövriyyəyə buraxılması prosesini həyata keçirən qurum) "TeraWulf" süni intellekt şirkəti olan "Anthropic" ilə 20 illik veri mərkəzi icarə müqaviləsi imzalayıb. Razılaşmanın şirkətə təxminən 19 milyard dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, müqavilə xəbərinin ardından "TeraWulf"un (WULF) səhmləri gün ərzində 17 faizdən çox bahalaşıb, ilin əvvəlindən bəri isə 117 faizdən çox gəlirlilik təmin edib.
Razılaşma çərçivəsində Kentukki ştatının Havesvill şəhərində yerləşən "Justified Data" sahəsində xüsusi dizayn edilmiş süni intellekt infrastrukturu kampüsü qurulacaq.
Kampusun mərhələli şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur. İlk xidmətlərin 2027-ci ilin ikinci yarısında başlaması planlaşdırılır.
Kampusun 2028-ci ilin əvvəlində süni intellekt təlimi üçün kritik hesab olunan 401 MVt bilişim gücünə çatacağı gözlənilir.
"TeraWulf", həmçinin Texasın Abernati şəhərindəki kampusdakı 50,1 faizlik payını satmağı qəbul edib. Şirkət bu addımı maliyyə strukturunu gücləndirmək, kapitalı birbaşa sahib olduğu və əməliyyat nəzarətini əlində saxladığı infrastruktur platformalarına yönləndirmək məqsədi ilə atdığını bildirib.
Qeyd edək ki, hazırda demək olar ki, bütün Bitcoin maynerləri süni intellektin yüksək emal gücü tələbindən yaranan veri mərkəzi bumu fonunda sabit gəlir əldə etmək üçün süni intellekt yönümlü sahələrə istiqamətlənirlər.
Bizim.Media




































































































