Bakının Binəqədi rayonu ərazisində səkidə böyük çuxur yaranıb. Sakinlərin sözlərinə görə, bu vəziyyət onların hərəkətini çətinləşdirir və həyati təhlükə yaradır.
Bizim.Media xəbər verir ki, onlar bildirirlər ki, sözügedən ərazidə piyadalar səki ilə hərəkət edə bilmədikləri üçün məcburən hərəkətin intensiv olduğu yola çıxırlar.
Bu isə xüsusilə yaşlılar, uşaqlar və gecə saatlarında ərazidən istifadə edənlər üçün ciddi risk yaradır.
Sakinlər deyirlər ki, ərazidə təkcə çuxur problemi deyil, həm də işıqlandırmanın olmaması vəziyyəti daha da təhlükəli edir. Onların sözlərinə görə, gecə saatlarında həmin hissədən keçmək, demək olar ki, mümkün olmur.
"Çox adam buraya düşür", "Aşıb yıxılırıq, sonra qalxıb yolumuza davam edirik", "Nə işıqlandırma var, nə də nəzarət. Buna mütləq baxılmalıdır", - deyə sakinlər bildiriblər.
Bizim.Media




































































































