Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarəti tədbirləri nəticəsində 2 fakt üzrə gömrük orqanına bəyan edilməyən tibbi ləvazimatların və dərman preparatlarının gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bizim.Media komitəyə istinadən xəbər verir ki, İdarənin "Qırmızı Körpü" gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusu da tətbiq edilməklə aparılan gömrük yoxlamaları zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən qan şəkərinin ölçülməsində istifadə olunan 10 750 ədəd test aşkar olunub.
Daha bir nəqliyyat vasitəsində isə gömrük orqanına bəyan edilməyən 55 ədəd üzərində "Zoladex 3.6 mg" yazısı olan dərman vasitəsi aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:45 / 07.07.2026
Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI
Hazırda oxunan: Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI
Hazırda oxunan: Bakıya gətirilən bahalı dərmanlar gömrükdə SAXLANILDI
623877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































