Moderator.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 51 p.m yanmışdır.
Yanğın nəticəsində binadan 20 nəfər təxliyyə olunub.
Mənzillər yanğından mühafizə olunaraq, yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Moderator.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.





































































































