Bu gün Mətbuat prospekti Yasamal (Musabəyov) parkının qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən "Hyundai" markalı maşın bardyora çırpılıb. Nəticədə maşın yuxarı qalxaraq əks istiqamətdə hərəkət edən "Daewoo Gentra" markalı taksinin üstünə düşüb.
Qəza nəticəsində "Hyundai" markalı maşının sürücüsü ağır yaralanıb.
Moderator.az hadisə yerindən fotoları təqdim edir:






































































































