İsrail Qəzza zolağına yeni zərbələr endirdi: 18 nəfər öldü

Hazırda oxunan: İsrail Qəzza zolağına yeni zərbələr endirdi: 18 nəfər öldü

628982

İsrail ordusunun Qəzza zolağına endirdiyi yeni hava zərbələri nəticəsində azı 18 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi Qəzzanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
 

İsrail hərbi təyyarələri Qəzza şəhəri, Deyr əl-Bəlah və Xan Yunis yaşayış məntəqələrini bombalayıb. Hücumlar nəticəsində yaşayış evləri və məcburi köçkünlərin yerləşdiyi çadır düşərgələrinə ziyan dəyib.


İsrail ordusu isə Deyr əl-Bəlahda keçirilən əməliyyat zamanı HƏMAS-ın "Nuxba" xüsusi təyinatlı bölməsinin iki komandirinin hədəf alındığını açıqlayıb. Bildirilib ki, digər ərazilərdə zərbələr "silahlı qruplaşma üzvlərinə" qarşı yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin