Almaniya kansleri Fridrix Mertsin gələcək taleyi sual altına düşüb.
Bizim.Media xəbər verir ki, “Der Spiegel” jurnalının məlumatına görə, Xristian Demokrat İttifaqının (XDU) rəhbərliyi sentyabrda Almaniyanın üç federal torpağında keçiriləcək regional parlament seçkilərindən sonra Mertsin istefası ehtimalını istisna etmir.
Məlumata əsasən, seçkilərdə uğursuz nəticə əldə olunacağı təqdirdə, kanslerin rəhbərliyinə qarşı narazılıq arta bilər.
XDU daxilində bəzi dairələr hesab edir ki, zəif seçki nəticələri partiyanın siyasi kursuna yenidən baxılmasına səbəb ola bilər.
Fridrix Merts 2025-ci ildə Almaniyanın kansleri vəzifəsinə gəlib. Onun rəhbərlik etdiyi hökumət iqtisadi çətinliklər, miqrasiya siyasəti və Avropa İttifaqı daxilində Almaniyanın rolu ilə bağlı müzakirələr fonunda fəaliyyət göstərir.
Siyasi müşahidəçilər qeyd edirlər ki, regional seçkilərin nəticələri yalnız yerli hakimiyyətlər üçün deyil, həm də federal hökumətin gələcəyi baxımından mühüm göstərici olacaq.
Bizim.Media








































































































