"Harri Potter" kitablarının müəllifi C.K. Roulinq Rusiya əsirliyində dörd il qalmış ukraynalı dəniz piyadası Aleksandr İvanova məktub və avtoqraflı kitab hədiyyə edib.
Bizim.Media xəbər verir ki, əsirlikdə olduğu müddətdə İvanov döyüş yoldaşlarına əzbər bildiyi "Harri Potter" silsiləsinin yeddi romanını danışaraq onlara mənəvi dəstək olub. O, 2026-cı ilin mayında əsirlikdən azad edilərək Ukraynaya qayıdıb.
Onun hekayəsini öyrənən Roulinq hərbçini dəstəkləmək qərarına gəlib. Yazıçının məktubu və imzalı kitabı Aleksandra iyulun 31-də – həm Roulinqin, həm də Harri Potter obrazının doğum günündə təqdim olunub. Təşəbbüs Ukraine WOW ictimai təşkilatına məxsusdur.
Roulinq məktubunda yazıb:
"Eşitdim ki, siz “Harri Potter”in böyük pərəstişkarısınız və bu hekayələr Rusiya əsirliyində olduğunuz müddətdə sizə güc verib. Azad olunaraq vətəniniz Ukraynaya qayıtdığınızı öyrəndiyim üçün çox sevinirəm. Sizə ürəkdən uzun və xoşbəxt ömür arzulayıram."
Aleksandr İvanov isə məktubun onun üçün tamamilə gözlənilməz olduğunu bildirib:
"Heç vaxt təsəvvür etməzdim ki, C.K. Roulinqdən şəxsi məktub alacağam. Onun kitabları mənə və döyüş yoldaşlarıma ümidimizi itirməməyə kömək edirdi. Bu sözlər mənim üçün böyük mənəvi dəstək oldu."


Bizim.Media

- A-
- A
- A+
Dünya
08:58 / 03.08.2026
Roulinq rus əsirliyində 4 il qalan ukraynalı hərbçiyə məktub göndərdi - FOTO
Hazırda oxunan: Roulinq rus əsirliyində 4 il qalan ukraynalı hərbçiyə məktub göndərdi - FOTO
Hazırda oxunan: Roulinq rus əsirliyində 4 il qalan ukraynalı hərbçiyə məktub göndərdi - FOTO
628972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































