Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı

Hazırda oxunan: Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı

629022

Ucar rayonunda qəsdən yanğın törədən şəxs müəyyən edilərək barəsində hüquqi tədbirlər görülüb.

Bizim.Media xəbər verir ki, rayonun Bağırbəyli kəndi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin kənd sakini T.Zülfüqarov tərəfindən qəsdən törədildiyi müəyyən edilib.

Hadisə nəticəsində 2 hektar ərazidə quru otlaq sahəsi yanıb.

Faktla bağlı əməli törədən şəxs barəsində qanunvericiliyə uyğun hüquqi məsuliyyət tədbirləri görülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin