Ağdərədə mina partladı - 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Ağdərədə mina partladı - 2 nəfər xəsarət aldı

629003

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
 

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.


Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin