Ağdərədə minaya düşən şəxslərin SON DURUMU

Hazırda oxunan: Ağdərədə minaya düşən şəxslərin SON DURUMU

629011

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində baş verən mina partlayışı nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, partlayışda xəsarət alan iki nəfər (kişi) iyulun 3-də saat 10:40 da Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onlardan 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin