İran Trampın açıqlamasını təkzib etdi: ABŞ-la danışıqlar aparılmır – VİDEO

Hazırda oxunan: İran Trampın açıqlamasını təkzib etdi: ABŞ-la danışıqlar aparılmır – VİDEO

629010

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Vaşinqton və Tehran arasında yeni danışıqlar raundunun başladığı barədə açıqlamasını təkzib edib.

Bizim.Media xəbər verir ki, İran XİN-in rəsmi nümayəndəsi Bəqayi bildirib ki, hazırda ABŞ-la deyil, yalnız Omanla təmaslar aparılır. Bu danışıqların əsas mövzusu Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsidir.

Diplomat qeyd edib ki, Tehran Omanla əməkdaşlıq çərçivəsində Hörmüz boğazında təhlükəsiz marşrutun mümkün qədər tez müəyyənləşdirilməsinə çalışır.
 

Bəqayi vurğulayıb ki, ABŞ-ın dəniz blokadası və “aqressiv addımları” davam etdiyi müddətdə Hörmüz boğazındakı vəziyyət dəyişməyəcək.


Qeyd edək ki, daha əvvəl Donald Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və hətta İranın müraciətlərindən sonra Tehranla danışıqları bərpa etmək qərarına gəldiyini bildirib. ABŞ lideri yeni danışıqların avqustun 3-də günün ikinci yarısında başlayacağını açıqlamışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin