Tülkünü vurmaq istəyən şəxs özünü vurdu - XIZIDA

Hazırda oxunan: Tülkünü vurmaq istəyən şəxs özünü vurdu - XIZIDA

59864
Xızı rayonunda güllələnmə hadisəsi baş verib. 

Hüquq-mühafizə orqanlarından verilən məlumatına görə, hadisə rayonun Şurabad kənd sakini 59 yaşlı Əhmədağa Nəcəfovun həyətində olub. Belə ki, Ə.Nəcəfov həyətdə daxil olan tülkünü ov tüfəngi ilə vurmaq istəyərkən ehtiyatsızlıqdan güllə özünə dəyib. Açılan atəş nəticəsində o, sol əlini itirib. 

Yaralı ağır vəziyyətda Sumqayıt Şəhər Təcili Tibbi Yardim xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (report.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin