Bakı metrosunda insident: Sərnişinlər təxliyyə olundu

Hazırda oxunan: Bakı metrosunda insident: Sərnişinlər təxliyyə olundu

51862
Qatar baxış üçün depoya göndərilib.

Bakı Metropolitenində qatarda problem yaranıb. 

APA xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N. Paşayev bildirib ki, bu gün saat 18:13-də Bakı Metropoliteninin “28 May” ”“ “Həzi Aslanov” xəttində 48 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq baş verib. 

“28 May” stansiyasında sərnişinlər təhlükəsizlik qaydalarına riayət etməklə qatardan boşaldılıb. Qatar baxış üçün depoya göndərilib.

Hadisə ilə əlaqədar qatarların ümumi qrafikində 3 dəqiqə gecikmə olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin