Şəkidə yol qəzasında 17 nəfər yaralandı

Hazırda oxunan: Şəkidə yol qəzasında 17 nəfər yaralandı

175910
Bu gün Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ağır kəllə-beyin travması alıb.

Moderator.az xəbər verir ki, Şəki rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, mikroavtobusun aşması nəticəsində xəsarət alan 1932-ci il təvəllüdlü, Şəki rayon Sarıca kənd sakini Eyvazova Gülqələm İsabala qızı və Mingəçevir şəhər sakini, 1946-cı il təvəllüdlü Kərimova Şükufə Məcid qızı qapalı kəllə-beyin travması alıb. Ş.Kərimova ilkin tibbi yardım göstəriləndən sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Hadisə nəticəsində xəsarət alan 15 nəfərə isə tibbi yardım göstərilib. Onların vəziyyəti normal olduğundan ambulator müayinəyə yazılaraq evə buraxılıb.

Xəsarət alanlar aşağıdakılardır:

Mustafayev Oxşar Şirin oğlu
Tomrazlı Şəhla Elçin qızı
İsmayılova Səlimə Binnət qızı
Babayev Mürvət Hacıbala oğlu
Hümbətov Rəsul Şahlar oğlu
Yusifova Şərqiyyə Ələddin qızı
Kərimov Sabit Əliş oğlu
Yusifova Ruhiyyə Ələddin qızı
Bayramov Zülfü Əlihüseyn oğlu
Əliyeva Ceyhunə İbrahim qızı
Mustafayeva Kifayət Fəxrəddin qızı
Mürşüdov Rakif Fərhad oğlu (sürücü)
Camalova Nərmin İmran qızı (2011-ci il təvəllüdlü)
Camalova Dərya İmran qızı (2010)
Bağırova Şahanə Etibar qızı (2012)

İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin