Bu gün Avropa.info-nun mərhum xa0əməkdaşı Sahib İslamovun faciəli vəfatından iki il ötür.
Sahib İslamov 1977-cu ildə Şamaxı rayonunda anadan olub. xa0"Avrasiya", "Günaydın" , "Azadlıq" kimi nüfuzlu qəzetlərdə çalışıb. Mərhum Sahib İslamovun son iş yeri xa0isə xa0Avropa.info xəbər portalı olub.
Zəhmətkeş, həyatın bütün acılarına baxmayaraq hər zaman gülərüzlüyü ilə fərqlənən xa0Sahib İslamov 2013-cü ilin noyabr ayının xa01-də maşın vurması nəticəsində xa0komaya düşmüşdü. xa0Ötən ilin xa0may ayının 8-də isə xa0 Sahib İslamov xa0səhər saatlarında dünyasını dəyişdi.xa0
Qeyd edək ki, ağır yol qəzası keçirən Sahib İslamov xa06 ay xa0komada oldu. xa0 Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atmışdı. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırmışdı.xa0
S.İslamov ağır müştərək qapalı beyin travması, baş beynin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin son rəyi nəticəsində bəlli olmuşdu ki, Sahib İslamovun beyin hüceyrələri ölüb və dünyanın heç bir yerində bu xəstəliyin müalicəsi yoxdur.
Sahib İslamovun ölümündən sonra, həyatda xa03 yaşlı oğlu xa0yadigar qaldı. 90-ci illərin son dönəmlərində jurnalistikada olanlar , mərhum xa0jurnalisti xa0yaxşı xatırlayırlar. Kimsə onun əlindən və ya dilindən zərər görməzdi. Hamını təmənnasız olaraq sevən xa0Sahibi xa0təssüf ki, həyatda sevən az idi...
Allah rəhmət etsin!



































































































