Xanım sürücü qəza törətdi, 2 azyaşlı xəsarət aldı

Hazırda oxunan: Xanım sürücü qəza törətdi, 2 azyaşlı xəsarət aldı

105516
Axşam saatlarında Bakının Xətai rayonu ərazisində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Yusif Səfərov küçəsi ilə hərəkətdə olan xanım sürücünün idarə etdiyi “Pajero İo”x9d markalı avtomobil yol kənarındakı “Toyota”x9d markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Toyota”x9d da qarşısındakı “Hyundai”x9d markalı avtomobilə dəyib. 

Qəzanı törədən avtomobildəki 2 azyaşlı uşaq yüngül xəsarətlər alıb. Onlar hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Xanım sürücünün sözlərinə görə, “Mercedes Galenwagen”x9d markalı avtomobil dövlət yol polisi əməkdaşlarından sürətlə qaçarkən onun avtomobili sıxışdırılıb və o idarəetməni itirərək qəzaya səbəb olub. 

Faktla bağlı araşdırmalar davam edir. 

Hadisənin dəqiq hansı şəraitdə baş verməsi müşahidə kameralarındakı görüntülər yoxlanıldıqdan sonra bilinəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin