İran XİN-dən ABŞ-ın endirdiyi zərbələrə KƏSKİN REAKSİYA

Hazırda oxunan: İran XİN-dən ABŞ-ın endirdiyi zərbələrə KƏSKİN REAKSİYA

621940

ABŞ öz öhdəliklərinə heç bir dəyər vermir.

Bizim.Media xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında ABŞ-ın ölkənin cənub sahillərində yerləşən bir neçə müşahidə və nəzarət obyektinə endirdiyi hava zərbələrini kəskin pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də müharibənin dayandırılmasına dair memorandumun pozulması kimi qiymətləndirib.

Nazirlik ABŞ-ı öhdəliklərini pozmaqda ittiham edərək bildirib ki, bu hücumlar ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə heç bir dəyər və etibar vermədiyini göstərir.

İran Xarici İşlər Nazirliyi, həmçinin vurğulayıb ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər hansı hərbi təcavüzə qarşı öz milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin