Piyada ölümü ilə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU

Hazırda oxunan: Piyada ölümü ilə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU

617975

Piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan piyada hadisə yerində həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində qeyd olunub.
 

Bildirilib ki, İyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, "Sabunçu" körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub:

“Bu qəza baş verməyə bilərdimi?

Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər. Sürücülər isə sükan arxasında yola diqqət yetirməli, sürət həddinə əməl etməlidirlər”, - deyə məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin