Tramp Xameneini belə təriflədi – VİDEO

Hazırda oxunan: Tramp Xameneini belə təriflədi – VİDEO

617322

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Müctəba Xamenei ilə görüşməkdən məmnun olacağını bildirib.

Bizim.Media xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

O deyib ki, ABŞ-İran münaqişəsinin başa çatması ilə bağlı razılaşma əldə olunarsa, belə bir görüş mümkündür.

“Əgər razılıq əldə etsək, görüşmək ehtimalı var. Mən buna qarşı deyiləm”, – deyə ABŞ lideri vurğulayıb.
 

Trampın sözlərinə görə, Müctəba Xamenei atası Əli Xameneinin müharibənin ilk günündə həlak olmasından sonra İranın ali lideri postuna gətirilib.


ABŞ prezidenti bildirib ki, atasının və ailəsinin digər üzvlərinin həlak olmasına baxmayaraq, Xameneinin peşəkar davranacağını gözləyir.

“Bəzi dairələrdə onun kifayət qədər yaxşı nüfuzu var. Bəzi insanlar onun haqqında mənfi fikirdədir, amma çoxları mənim haqqımda pis danışır. Əlbəttə ki, bu, tamamilə yalandır.”, – deyə Tramp əlavə edib.

Qeud edək ki, ABŞ və İran arasında münaqişənin dayandırılması ilə bağlı danışıqlardan ziddiyyətli siqnallar gəlməkdə davam edir. Qlobal bazarlara təsir göstərən qarşıdurma fonunda neft və yanacaq qiymətlərində artım müşahidə olunur.

Tərəflər arasında kövrək atəşkəs rejiminin bir neçə həftədir davam etdiyi qeyd edilir.
 

ABŞ İranın nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürməsini və Hörmüz boğazını açmasını tələb edir. Tehran isə hərbi əməliyyatların dayandırılmasını və ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasını istəyir.


İran dövlət mediası daha əvvəl danışıqların dayandırılacağını və Hörmüz boğazının bağlı qalacağını bildirsə də, Tramp son açıqlamasında Tehranın nüvə silahına sahib olmamaqla bağlı razılığa gəldiyini iddia edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin