Fransa Hərbi Dəniz Qüvvələri Rusiya gəmisini belə saxladı – ANBAAN VİDEO

Hazırda oxunan: Fransa Hərbi Dəniz Qüvvələri Rusiya gəmisini belə saxladı – ANBAAN VİDEO

616468

Fransa Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyalar altında olan və Rusiyadan gələn "Tagor" neft tankerini saxlayıb.

Bizim.Media xəbər verir ki, barədə Fransa Prezidenti Emmanuel Makron özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

Dövlət başçısının sözlərinə görə, hərbi əməliyyat səhər saatlarında Atlantik okeanında, açıq dənizdə baş tutub. Beynəlxalq dəniz hüququna uyğun olaraq keçirilən bu əməliyyata Böyük Britaniya da daxil olmaqla bir neçə tərəfdaş ölkə dəstək verib.

Fransa lideri ölkəsinin bu addımını kəskin bəyanatla əsaslandırıb:
 

"Gəmilərin beynəlxalq sanksiyalardan yan keçməsi, dəniz hüququnu pozması və Rusiyanın dörd ildən artıqdır Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirməsi qəbuledilməzdir".


E.Makron, həmçinin vurğulayıb ki, bu cür gəmilər ekologiya və dəniz təhlükəsizliyi üçün ciddi təhdid yaradır, çünki onlar "hətta dəniz naviqasiyasının ən ibtidai qaydalarına belə riayət etmirlər".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin