O dağlar qartalın Bakıda niyə?
Məmmədi Gəncədə dəfn edəydiniz.
Nizama gələydi Nizami yurdu-
Məmmədi Gəncədə dəfn edəydiniz.
O sıx dumanlara, qırova yaxın
Qayada təklənən bir ova yaxın.
Bir az Kəlbəcərə, Murova yaxın-
Məmmədi Gəncədə dəfn edəydiniz.
Zaman yer üzündən bir şair dərdi
Sinəmi yandırır bir şair dərdi.
Bəhmən söhbətləşib şeirləşərdi-
Məmmədi Gəncədə dəfn edəydiniz.
Səxavət, kim oldu bu dərdə qayil?
Küsənlər məqamıdı, qəflətdən ayıl.
Çökəydi məzara Məmməd İsmayıl-
Məmmədi Gəncədə dəfn edəydiniz.
Səxavət Kəlbəcərli . 23. 09. 2015.
































































































