"Azdrama"nın direktoru xalq artistlərinin dediklərini cəfəng adlandırdı ”” AÇIQLAMA

Hazırda oxunan: "Azdrama"nın direktoru xalq artistlərinin dediklərini cəfəng adlandırdı ”” AÇIQLAMA

88130
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov son günlər teatr ətrafında baş verən narazılıqlarla bağlı açıqlama verib.

İ.İsrafilov Ölkə.Az-ın əməkdaşı ilə söhbətində bildirib ki, narahatlıq üçün ciddi əsas yoxdur.

"Hər kəs öz fikrini deyə bilər. Nə deyim mən? Kimsə cəfəng, həqiqətdən uzaq bir şey deyirsə, buna nə şərh verim? Mən axı uşaq deyiləm. Bütün materiallarla tanış oluram da. Görürəm ki, ciddi, üzərində düşünməli böyük bir problem yoxdu. Ara-sıra narazılıqlar olur. O narazılıqdan mənim evimdə də, dostlarım arasında da olur. Bunlar hər biri sənət adamıdır. Sənət adamı təbii olaraq, həmişə daha yaxşısını istəyir. Mən böyük problem görmürəm. İstənilən teatrda belə problemlər, narazılıqlar var".

Direktor bildirib ki, Azərbaycandakı 27 teatrın hər birində problem var:

"Siz özünüz də yetərincə səriştləlisiniz. Araşdırsanız görərsiniz ki, deyliənlərin hansı həqiqətdir, hansı həqiqətə bənzərdi. Təəssüf ki, bəzən yalan da əvvəl inandırıcı olur. Bu gün kiməsə iradımı bildirirəmsə, sabah onunla qardaş kimi oturub söhbət edə bilərəm. Vəziyyəti dərinləşdirəndə narazılıq böyüyür. Gərək dərinləşməsin. Respublikada olan 27 teatrdan heç birində hər şey qaydasında deyil. Hər birində irili-xırdalı problemlər var. Bunlar sənət adamlarıdır, istedadlıdırlar. Bizim teatrda istedadsız adam olmayıb. "Azdrama"ya insanlar seçilib gəlir. Bəzən övlad da atanın hansısa hərəkətinə irad bildirir, inciyir, küsür. Bunu belə qəbul etmək lazımdır. Teatr nə direktorundur, nə burada çalışanların, Azərbaycanındır. Biz kənara gedəndə Azərbaycanı təmsil edirik".

Qeyd edək ki, son günlər Akademik Milli Dram Teatrının bir neçə tanınmış siması, xalq artistləri rəhbərlikdən narazılıqlarını mətbuat vasitəsilə ifadə ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin