Cəmiyyətdə Avropa Oyunlarından sonra prezident İlham Əliyevin vətəndaşlara sürpriz hazırlığı haqda şayiələr dolaşmaqdadır.
Artıq fikirlər bir məsələ üzərində cəmləşib: banklara olan borclar bağışlanacaq.
Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mayın 1-nə olan məlumatına görə, ölkədə kredit təşkilatlarına borcu olanların sayı 2 milyon 414 min 122 nəfərdir.
Bunların 2 milyon 381 min 592 nəfəri və ya 98.6 faizi fiziki şəxslər, yəni şirkət qurmadan sahibkarlıqla məşğul olanlar, ya da kiçik istehlak kreditləri götürən vətəndaşlardır.
Başqa sözlə, Azərbaycanda böyüklü-kiçikli hər 100 nəfərdən 25-i bankdan kredit götürüb.
Bundan əlavə, 1.1 milyon nəfər də var ki, onlar kredit götürən şəxslərə zamin durublar ki, işdir qaytarmaqda çətinlikləri olsa, məsuliyyəti onlar daşıyacaq.
Bununla bağlı bizimlə fikirlərini bölüşən AMİP Siyasi Şurasının üzvü Əli Orucov yayılan şayələrin bilərkdən ortaya atıldığını düşünür: “Banklara olan borclar bağışlanacağı ilə bağlı deyilənlər qeyri-ciddidir. İnanılmaz və mümkün olmayan söz-söhbətləri ortaya atmaqla cəmiyyətdəki narazılıqları səngiməsinə cəhd göstərilir. Manatın devalvasiyasından sonra əhalinin maddi və sosial durumu daha da pisləşdi. On minlərlə vətəndaşımız bankların soyğunçuluğu ilə üzləşdilər. Ölkədə bahalaşma artan xətlə gedir. Korrupisya, rüşvətxorluq və inhisarçılıq tüğyan etməkdədir. Bir yandan da 1-ci Avropa Oyunlarına xərclənən milyardla vəsait və bu vəsaitin bir qisminin büdcədə çalışan vətəndaşlarımızdan və iş adamlarından məcburən xərac kimi toplanılması hakimiyyətə qarşı narazılığı pik həddinə çatdırıb. Necə deyərlər “biçaq artıq sümüyə dayanıb. Üstəlik də nüfuzlu beynəlxalq qurumların Azərbaycan iqtidarına ardıcıl və getdikcə sərtləşən təzyiqləri onları çıxılmaz vəziyyətə salıb. Belə bir vəziyyətə hakimiyyət qəsdən bu cür şaiyələri dövrəyə buraxmaqla getdikcə dərinləşən və təhlükəli hal alan narazılıqları bir qədər sakitləşdirmək istəyir. Gah Dağlıq Qarabağın geri qaytarılacağını, gah islahatlar aparılacağını, gah qorxu yarada biləcək informasiyalar yayırlar. İndiyə qədər Azərbaycan hakimiyyətinin xalqın maraqlarına cavab verəcək addımlar atdığını görən, eşidən olubmu?!. Olmayıb. Bunların siyasəti və fəaliyyəti xalqı və dövləti çapıb talamaqdan, son tikəsini əlindən almaqdan, insanları qorxu və müti halında saxlamaqdan ibarətdir. Ona görə də xalqın belə şaiyələrə inanmağını, haqqını israrla və qətiyyətlə tələb etməsini daha doğru, daha real hesab edərdim.”x9d





































































































