Bakı–Tbilisi qatarına bir ayda neçə bilet SATILIB? – ÖZƏL

Hazırda oxunan: Bakı–Tbilisi qatarına bir ayda neçə bilet SATILIB? – ÖZƏL

620846

Mayın 21-dən indiyədək Bakı–Tbilisi–Bakı marşrutu üzrə 20 min bilet satılıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.

O, qeyd edib ki, 5 minə yaxın bilet kassalarda satılıb.

"Bilet satışı başlanan gündən bu marşruta böyük tələbat müşahidə olunur. Sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və satışa yeni biletlər təqdim edilib. Əlavə satışa çıxarılan biletlər də qısa müddət ərzində satılıb.
 

Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər üzrə isə bütün biletlər satılıb".


Xatırladaq ki,  Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət mayın 25-də bərpa olub, biletlər isə mayın 21-dən satışa çıxarılıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin