Bakının iki rayonunda qaz olmayacaq

Hazırda oxunan: Bakının iki rayonunda qaz olmayacaq

620912

Bu gün Bakının Qaradağ və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin, saat 10:00-dan etibarən isə Nərimanov rayonunun Z. Bünyadov və Azadlıq prospektlərinin, İ. Dadaşov, M. K. Atatürk və N. Nərimanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin