İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Hörmüz boğazına nəzarətlə bağlı vəziyyət ABŞ ilə son gərginlikdən əvvəlki vəziyyətə qayıtmayacaq və Tehran strateji su yolunun idarə edilməsində əsas rolunu qoruyacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
Qalibaf İsveçrədən qayıdarkən jurnalistlərə açıqlamasında deyib: “Hər kəs başa düşməlidir ki, Hörmüz boğazının idarə olunması heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq. Əlbəttə ki, beynəlxalq qaydalara hörmət ediləcək, amma İran Hörmüz boğazını idarə edəcək”.
Məlumata görə, Məhəmməd Bağır Qalibaf ABŞ ilə aparılan danışıqlarda İran nümayəndə heyətinin əsas üzvlərindən biri olub.
Bildirilib ki, ABŞ və İran nümayəndələri İsveçrədə keçirilən yüksəksəviyyəli danışıqları başa çatdırıblar. Danışıqlarda Pakistan və Qətər vasitəçi qismində iştirak ediblər.
ABŞ nümayəndə heyətinə rəhbərlik edən Vitse-prezident Cey. Di. Vens danışıqların yekunları ilə bağlı açıqlamasında tərəflərin mühüm irəliləyiş əldə etdiyini bildirib. Onun sözlərinə görə, Hörmüz boğazının açıq qalmasını və bölgədə atəşkəsin təmin edilməsini nəzərdə tutan mexanizmlərin işə salınması barədə razılıq əldə olunub.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi əsas beynəlxalq su yollarından biri hesab olunur və burada baş verən hadisələr qlobal enerji bazarlarına birbaşa təsir göstərir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:22 / 23.06.2026
Qalibafdan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Biz idarə edəcəyik” - VİDEO
Hazırda oxunan: Qalibafdan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Biz idarə edəcəyik” - VİDEO
Hazırda oxunan: Qalibafdan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Biz idarə edəcəyik” - VİDEO
620917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































