Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

Hazırda oxunan: Konqoda Ebola həyəcanı: Yoluxanların sayı 1000-i keçdi

620911

Konqo Demokratik Respublikasının şərqində Ebola epidemiyası zamanı təsdiqlənmiş yoluxma hallarının sayı 1000-i ötüb.

Bizim.Media xəbər verir ki, səhiyyə qurumlarının məlumatına görə, ölənlərin sayı 254 nəfərə çatıb.
 

Bazar günü yayımlanan bəyanata əsasən, ümumi təsdiqlənmiş halların sayı 1003 nəfərə çatıb. Epidemiyanın rəsmən elan edildiyi 15 may tarixindən bəri 100 pasiyent sağalıb.


İturi əyaləti epidemiyanın episentri olaraq qalır. Xəstəliyə Ebola virusunun nadir bir variantı - hazırda təsdiqlənmiş vaksini və ya xüsusi müalicəsi olmayan Bundibuqyo ştamı səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin