Turistlərə sərt qadağa: Alman dilini bilməyənlər çimərliyə buraxılmır

Hazırda oxunan: Turistlərə sərt qadağa: Alman dilini bilməyənlər çimərliyə buraxılmır

620895

Almaniyanın Halle şəhərindəki kurort kompleksinin administrasiyası alman dilini zəif bilən turistlərin çimərliyə girişini qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "DPA" agentliyinə istinadən "RİA Novosti" məlumat yayıb.
 

Haydezee gölünün sahilində yerləşən kurort kompleksinin meneceri Mattias Nobel izah edib ki, bu cür tədbirlər administrasiyanın turistlər tərəfindən su obyektindəki davranış qaydalarının tam başa düşüldüyünə əmin olması üçün qəbul edilib. Onun sözlərinə görə, əgər ziyarətçinin dili anlamaqdan çətinliyi varsa, kurort rəhbərliyinin çimərliyə girişi məhdudlaşdırmaq hüququ var.


"Alman dilini kifayət qədər mənimsəməyən şəxslər artıq Halledəki çimərliyə buraxılmayacaqlar", - məlumatda deyilir.

Məhdudiyyətlərin tətbiqinə ötən həftə sonu baş verən insident səbəb olub. Belə ki, kompleksin meneceri Nobel göldə həddindən artıq dərin yerə üzən uşağı xilas edib. Qadağanın qüvvəyə mindiyi vaxtdan bəri istirahət mərkəzinin əməkdaşları artıq bir neçə turistin girişinə icazə verməyiblər.

Kompleksin rəhbəri qeyd edib ki, bu yeni addım artıq tənqidlərə məruz qalıb. Lakin Nobel vurğulayıb ki, administrasiya öz qərarını dəyişmək fikrində deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin