Ərdoğan ilə Pezeşkian arasında telefon danışığı: ABŞ-İran razılaşması müzakirə edildi

Hazırda oxunan: Ərdoğan ilə Pezeşkian arasında telefon danışığı: ABŞ-İran razılaşması müzakirə edildi

620886

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb və tərəflər ABŞ-İran razılaşmasını müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Telefon danışığı zamanı Türkiyə-İran ikitərəfli münasibətləri, həmçinin regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.
 

Ərdoğan İran ilə ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Türkiyə prosesin sülhlə nəticələnməsi üçün bütün mümkün dəstəyi göstərməyə hazırdır.


Türkiyə lideri danışıqlar prosesini pozmağa çalışan qüvvələrə qarşı diqqətli davranmağın vacibliyini vurğulayıb.

Ərdoğan yeni dövrdə regional sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində addımların atılmasının zəruri olduğunu qeyd edib və Ankaranın bu məqsədə nail olunması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyi də diqqətə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin