Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili velosiped sürən 2006-cı il təvəllüdlü, Yuxarı Nüvədi kənd sakini Elvin Murad oğlu Quluzadəni vurub.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Quluzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:58 / 22.06.2026
Lənkəranda velosipedçini maşın vurdu
Hazırda oxunan: Lənkəranda velosipedçini maşın vurdu
Hazırda oxunan: Lənkəranda velosipedçini maşın vurdu
620888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































