İlham Əliyev Mədinədə Peyğəmbər məscidini ziyarət edib - FOTO

Hazırda oxunan: İlham Əliyev Mədinədə Peyğəmbər məscidini ziyarət edib - FOTO

74562
Dövlət başçısı, xanımı Mehriban Əliyeva və ailə üzvləri məsciddə namaz qılıb.

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub.
 
Moderator.az -ın AZƏRTAC-a istinadən məlumatına görə, dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.
 
Peyğəmbər məscidində din xadimləri dövlət başçısını qarşıladıqdan sonra, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qılıb.
 
Qeyd edək ki, bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir.
 
Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanına rəsmi səfəri aprelin 7-də başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin