Hacıəmi Atakişiyev: “ Reklamın tarixi bəşəriyyətin tarixi qədər qədimdir”x9d
Bu ilin fevral ayının 2-də Milli Məclisdə “Reklamla bağlı qanun”x9d müzakirəyə çıxarıldı. Azərbaycan Reklamçılar İttifaqının prezidenti, Beynəlxalq Reklamçılar Assosiasiyasının üzvü, professor Hacıəmi Atakişiyevlə görüşüb bu barədə fikirlərini öyrəndik:
-Hacıəmi müəllim, nəhayət ki, uzun zamandan bəri gözlədiyimiz reklam haqqında qanun Milli Məclisin müzakirəsinə çıxarıldı. Ömrünü bu sahəyə həsr edən bir mütəxəssisi kimi sizin fikirləriniz oxucularımız üçün çox maraqlıdır..
Çox saq olun, minnətdaram. Bu reklam məvhumu çox geniş bir sahəni əhatə edir. Küçədə, nəqliyyatda, efirdə, bir sözlə hər yerdə reklam var.
İnsanların zövqləri və təfəkkürləri müxtəlif olduğu üçün reklama da münasibətləri fərqlidir.
Hətta insanılar var ki, reklama nifrət edir. Necə?Çünki, maraqlı bir serialı yayımlanan zaman araya reklam girir və tamaşaçı əsəb keçirir.
Reklam qədim sözdur. Reklamın tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Reklam təkcə biznes, elm, mədəniyyət, yaradıcılıq deyil. O həm də bazarın hərəkətverici qüvvəsi olmaqla, daim öz dinamikliyi ilə ölkələr arasında məhsulların nəqli ilə bağlı, onların haqqında yaxşı, düzgün məlumatlar verən kütləvi bir işdir.
Reklam latın sözü olub olan “reklamere”x9dsözündən əmələ gəlib, mənası “qışqırmaq”x9d, “çağırmaq”x9d deməkdir.
Azərbaycan xalqının reklam tarixi də çox qədim dövrlərə söykənir.
Azərbaycanda reklamın qədimliyini sübut edən saysız-hesabsız faktlar var. Polşa alimi Mark Belitski “Şumerlərin unudulmuş dünyası”x9d kitabında qədim Mesopotamiya ərazisində çəkilmiş və Azərbaycanın Qobustan qaya rəsmlərinin tam təkrarları olan rəsmlər haqqında məlumat verir.
Qobustan qaya rəsmləri qədim abidələr olmaqla yanaşı, Azərbaycanın reklam tarixinin araşdırılımasında mühüm əhəmiyyətə malikdir.
Reklam məlumat verən fəaliyyət formasıdır. Sonradan XIX əsrin başlanğıcından reklam sözü “Abvertise”x9d sözü ilə əvəzlənməyə başladı.
“Abvertise”x9d sözü qəzetlərdə məhsulun reklamı üçün elanlar yerləşdırmək mümkün olduğu dövrdən işlədilməyə başlanmışıdr. Kapitalizm dövründə foto sənətinin inkişafı, jurnal, qəzet, ayrı-ayrı reklam vərəqələrinin çapı, plakatların yaranması reklamvericiyə imkan verirdi ki, artıq o öz reklamlarını bizim bu gün tanıdığımız reklam vasitələrində yerləşdırə bilsin.
Lakin buna baxmayaraq bu gündəlik həyatımızda, lokal bazar dairələrində bəzi satıcılar qışqırmaqla müştəri cəlb etməyə, öz məhsullarını tanıtmağa çalışırlar.
Dünyanın hər hansı ölkəsində hər millət öz izləyicilərinə uyğun olaraq bu reklamı formalaşdırır və müxtəlif adlarla təqdim edir, kimisi reklam, kimisi tanıtım, kimisi abvertise və s.
Biz də Azərbaycanda buna reklam deyirik model olaraq. Azərbaycanın da özünün xüsusi reklam modeli var. Bu nə Çinə, nə Yaponiyaya, nə İngiltərəyə bənzəmir. Azərbaycanın da bir məmləkət olaraq özünün istehsal etdiyi məhsulları var ki, bu məhsulları təqdim etmək üçün özünəməxsus reklam formaları var.
Ona görə də bzidə bu daha sıx və konkret olaraq təqdim olunur. Məsələn televiziyada olan reklam bu gün qaneedici deyil. Çünki Avropada artıq kjompyuter qrafikası ilə reklamlar çəkilmir. Böyük səhnələr qurulur 1-2 dəqiqəlik səhnələr üçün xüsusi pavilyonlar təşkil olunur və təqdim olunan raklam film təsiri bağışlayır. Ona görə də bu reklamlara insanlarda xüsusi bir maraq yaranır.
Amma hələ biz də hələ də ciliz kompyuter qrafikası ilə reklamlar çəkilir. Reklam montaj olunur səsələndirməsi də o qədər guclu deyil. Yəni diqqəti o qədər də çəkmir. Məsələn reklam efirdə gedəndə görürsən ki, uşaqlar qaçırlar ekranın qarşısına. Amma bunları çəkən nə olur? Reklamın musiqisi. Yəni reklamda musiqinin rolu çox böyükdür. İkincisi reklamda əsas vasitələrdən biri səsdi. Səsin stilistikası çox vacibdir. Və yaxud da ki, bu reklamın öz dilimizdə olmaması.
Məsələn bu gün Azərbaycanda o qədər xarici dillərdə reklamlar var ki. Ya reklam olunan məhsulun sinxron tərcuməsini edə bilməmələri, ya da bunu müasirlik kimi qələmə vermələri. Məsələn fransızca, almanca, Türkiyə türkcəsində, əsasən də ingiliscə reklamlar daha çoxdu bizdə.
Məsələn mən bilmirəm bu dilləri. Bir də ki, mən bütün dilləri bilə bilmərəm ki...
Mən dilin əksinə gedən insan deyiləm. Əksinə cox dil bilməyin lehinəyəm.Amma, bizim Azərbaycan dilində qanunda deyilir ki, öncə Azərbaycan dilində yazmaq, sonra isə altında başqa dildə tərcüməs vermək .
Məsələn loqotip dediyimiz emblemlərdə belə hallara daha tez-tez rast gəlinir. Iktoqramalarda da tercümə verilmir. Bir yandan bu düzdündü çünki bu təyin olunmuş xüsusi bir formadır ki, onu tercumə edib ora oturdanda butun onun loqotipini daqidirq. Məsələ, Gürcüstanda “Molboro”x9d siqaretinin reklamını gürcü dilində tərcumə edərək reklam edirlər.Altinda isə sadəcə kicik həeflərlə “Molboro”x9d yaziblar. Molboranın nə olduğunu aciqlayıblar.
Belə üsul da çox diqqətə səbəb olur. Məsələn, mən oxuyuram “Molboro”x9d.Amma bilmirəm axi sohbət nədən gedir.
Axı insan hər şeyi bilə bilməz. Məsələ, hər hansi Avropa ölkəsində görməzsiniz ki, Azərbaycan dilində reklam versinlər. Yadımdadı bir dəfə biz Parisdə olanda maşınların üzərində Azərbaycanı təbliğ edən şüarlar vardı.
Onları saxladilar və bizi cərimə etdilər 60 frank. Baxanda yöyük pul deyildi. Məcbir etdilər ki, burda fransızca yazın.
İndi baxın həmin sistemi Azərbaycanda tətbiq etsək görün büdcəyə qədər vəsait yatar. Və ya telecarxlarda o qədər səhvlər tercumələr gedir ki, məsələn musiqi çalarları ilə sözlər uyğun gəlmir, səsdəki sünilik insanı yorur.
Bunlar sonradan kompyuter vasitəsilə hazirlanmis və bizim televizyalara uyğunlaşdırılmış reklamlardır.
Ona görə də əsil reklam reklamın tələblərinə uyğun təqdim olunmalıdır.
Amma azərbaycanlı izləyici üçün reklam öz dilimzidə verilməlidir. Sabah gətirib bir hind dilində də reklam verərlər və kimsə hec nə anlaya bilməz. Onda bu ölkə gedər ayaqlar altina. Əlifbamizi, dilimizi itire bilərik. Məsələ, bu gün coxu xoşlayir ki, xarici dillərdə danışsınlar və cevrədə hami desin ki, bu modern insandi. Əksin, sən öz dilində danış bunun özü elə moderndi. Əgər bizim dilimizə mugam oturubsa demək əsil gözəllik budur. Hər dilə mugam oturmur.
Müzakirəyə çıxarılan qanun hansi ki, fevralın 2 də Milli Məclisdə baxildi, burda müəyyən məsələlər ilk oxunuş olduğu üçün tam olaraq acılmamışdı. Milli məclisin üzvlıəri öz fikirləri ilə çixiş etdilər və cox sevindirici hal idi ki, bu mövzu ilə bağlı 25 nəfərə yaxın deputat çıxış üçün yazılmışdı. Reklama bu gün belə bir münasibət və maraq məni çox sevindirdi.
Burda əsas diqqət sosial reklamlara yönəlmişdi.
Sadə bir missal çəkim.Məsələ, bu gün mən nə bilim ki,qazonun üstindən keçmək olar ya olmaz.Əkilən otun üstündən keçmək olar ya olmaz.Bəlkə mən hər hansi ucqar bir bölgədən gədən gəlmişəm və heç orda kimsə bilmir qazon nədir.Vurub kecir tapdalayir. Məsələn İstanbulda yaşıllıqların qarşısında belə bir lövhə vurulur: “ Adlama, dur.”x9d
Və yaxud tez-tez rastlaşdıqımız evlərdə partlayışlarla bağlı. Niyə əlaqadar qurumlar insanların təhlükəsizliyinə xidmət edən reklamlar vermirlər?
İnsanlar axi bilməlidirlər k, təhlükə nədən gələ bilər. Bir evdə baş verən qəza bəzən beş-altı evin partlaşına səbəb olur.
Ona görə də bu sosial reklamların verilməsi dövlət idarələrinin üzərinə düşür. Halbuki, qanunda yazilir 5 faizlik məlumat vermək olar və bu xidmət pulsuzdu. Heç bunu da edən yoxdur. Yəni televizorun ekraninin 5 faizi nə ola bilər ki, kiçik sətiraltı bir yazi ola bilər də. Və yaxud bir baner götürə bilərlər, televiziyada orda əhatıliŞ, geniş bir reklam göstərə bilərlər.
Onda bazar da başlayar işləməyə şünki bu işlər üçün dövlət əlaqədəar qurumlara yetərincə vəsait ayırır. Bu pullar istifadə olunmalıdır bu sahəyə. Bəs niyə olunmur?!
Yəqin ki, növbəti oxunuşlarda bütün bu suallara da cavab tapılacaq.nəzərə alınacaq.
Xalidə Xalid




































































































