Səfər Əbiyevin kadrının məhkəməsi qapalı keçdi

Hazırda oxunan: Səfər Əbiyevin kadrının məhkəməsi qapalı keçdi

66619
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Əməkdaşımız bildirib ki, proses qapalı keçib. Prosesi işıqlandırmaq üçün məhkəmə zalına daxil olmağa çalışan KİV nümayəndələrinə belə izacə verilməyib.

Hazırda ev dustağı olan E.Xəlilov qapalı prosesdən sonra bildirib ki, bugünkü prosesdə ifadə verib. Növbəti məhkəmə prosesi yanvarın 13-nə təyin olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyi Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov bu il aprel ayının 26-da həbs edilib. E.Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib.

Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.

Yada salaq ki, E.Xəlilov sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamlarından biri sayılırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin