Bir çox opponentlərimiz xa0“Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında”x9d qanun layihəsinin qəbuluna mane olurlar.xa0
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komitənin iclasında xa0“Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında”x9d qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, opponentlərimiz bu qanunun əhəmiyyətsiz olduğunu hesab edərək, bunun əleyhinə çıxırlar:
”x9dSadəcə onların bu sahədən xa0məlumatı olmayan insanlar ancaq belə bir fikir yürüdə bilərlər. Amma xa0bu qanun vacib və əhəmiyyətli qanundur və qəbul olunmalıdır. Əgər onların xa0bu sahədən məlumatı olsaydı, belə mövqe sərgiləməzdilər.”x9d
E. İbrahimov bildirdi ki, vaxtı ilə sovxoz və kolxozlar olduğundan kənd təsərrüfatı məhsulunun əkini, onun becərilməsi, heyvanların saxlanması və sair işlərlə xa0müəssisə rəhbəri deyil, mütəxəssislər, aqronomlar, mühəndislər, zootexnik, baytarlar məşğul olurdu:
"Amma bu gün kənd təsərrüfatı müəssisələrində belə mütəxəssilər olmadığından bu sahənin inkişafını tənzimləyən və ortadakı boşluğu aradan qalrdımaq üçün belə bir qanuna zərurət var. Məsələn, bu gün ölkədə 13500 ailə kəndli təsərrüfatı, həmçinin çoxsaylı fermer təsərrüfatları fəaliyyət göstərir ki, onların belə mütəxəssiləri yoxdur. O zaman bu insanlar xa0fəalliyyətini necə tənzimləməlidir? Onlar necə məlumat əldə etməlidir? Bax bu xa0sənəd də məhz mövcud boşluğu aradan qaldırmağa xidmət edir.”x9d
E. İbrahimov bildirdi ki. adıçəkilən sənəd ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya məsləhət xa0xidmətinin hüququ, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Sənəd həmçinin kənd təsərrüfatı subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarəetmə orqanları, digər fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyir.

































































































