Belə ki, Moderator.az-la əlaqə saxlayaraq öz etirazını bildirən Rəhim Qazıyev iddia edib ki, Aslan İsmayılovun onun barəsində səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və vaxtilə buna görə onu məhkəməyə vermək istəyib və debata çağırsa da qarşı tərəf bundan imtina edib:
"Əvvəla, heç vaxt heç kim məndən qorxmayıb. Mənim barəmdə dediyi bu fikirə görə dəfələrlə onu debata, hətta məhkəməyə çağırmışam. Əgər bu gün də o bir hüquqşünas kimi özünə inanırsa, yenə də onu debata çağırıram. Əgər 93-cü ildə onun mənim ünvanıma dediyi sözlərdən biri düz olsa onun əlindən öpüb hamının gözü qarşısında üzr istəməsəm köpəyoğluyam."
Xatırladaq ki, Aslan İsmayılov Ramiz Mehdiyevə açıq məktubunda tarixə qısa ekskurs edərək 1993-cü ilin qiyam günlərini xatırlatmış, həmin dönəmdə Rəhim Qazıyevin Heydər Əliyevin ünvanıan təhqir səsləndirdiyini və yalnız özünün buna cavab verdiyini bildirmişdi:
"17 avqust 1993-cü il tarixdə Milli Məclisin canlı yayımında Rəhim Qazıyevin rəhmətlik Heydər Əliyevin ünvanına səsləndirdiyi təhqirlərə elə oradaca, əksəriyyətin qorxudan susduğu vaxtda, həyatımla risk edib cavab verdiyimi yada saldıqdan sonra, hansısa bir anlaşılmazlıq olduğunu və tezliklə vəzifəmə qaytarılacağımı dediniz..."





































































































