“Neftin ucuzlaşması ölkə iqtisadiyyatına təsir edəcək”x9d

Hazırda oxunan: “Neftin ucuzlaşması ölkə iqtisadiyyatına təsir edəcək”x9d

61922

“Dünyada neftin bir barrelinin qiymətinin 75 dollara düşsə belə, Azərbaycan iqtisadiyyatına elə də ciddi təsir etməyəcək”x9d.

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, neftin qiymətinin düşməsi dünya siyasəti olduğundan bizim bu prosesə hansısa təsir etmək imkanımız yoxdur:

”x9dNeftin qiyməti aşağı düşsə belə ölkədən nəzərdə tutulan və yarımçıq qalmış bütün sosial layihələr həyata keçiriləcək və icra olunacaq.”x9d

Komitə sədri onu da əlavə etdi ki, neftin qiymətinin enməsi nəticəsində neftdən gələn gəlirlər 2-3 mlrd dollar azala bilər:

 “Düzdür, bu ölkə iqtisadiyyatına təsir edəcək.  Amma ciddi zərərə vurmayacaq. Ona görə ki, bu gün ölkənin neft gəlirlərinin miqdarı 55 mlrd dollar təşkil edir. Neft Fonduna toplanan vəsaitdən istifadə etməklə bu zərəri əvəz etmək olar. Daha bir məqam isə digər sahələrdəki inkişaf bu itkini əvəz edəcək.”x9d
Komitə sədri eyni zamanda hökumətə bi sıra təkliflər verərək bildirdi ki, yollarda tez yığılan piyada keçidləri tikilməlidir:

”x9dBundan əlavə olaraq kənd təsərrüfatı məhsulu istehsal edən şəxslərə subsidiyaların ayrılmasına müəyyən dəyişiklik edilməlidir. Biz aqrar sahədə çalışıb kənd təsərrüfatı məhsulu istehsal edənlərə dəstək etməliyik.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin