Zaqatalada minik avtomobili aşdı - Xəsarət alan var – FOTO/VİDEO

Hazırda oxunan: Zaqatalada minik avtomobili aşdı - Xəsarət alan var – FOTO/VİDEO

611545

Zaqatala-Qax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza yolun Zaqatala rayonunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Qax rayon sakini, 41 yaşlı Orxan Cəbiyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Avtomobil əvvəlcə yol kənarındakı yol nişanına çırpılıb, daha sonra ağaca dəyərək aşıb.


Qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alan Orxan Cəbiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin