Moderator.az xəbər verir ki, siyasi partiyaların maliyyə hesbatının MSK-ya verilməsi haqqında dəyişikliklər deputatlar arasında mübahisəyə səbəb olub.
Qüdrət Həsənquliyev siyasi partiyaların illik hesbatını MSK-ya deyil, Ədliyyə Nazirliynə verilməsini təklif edib. Onun sözlərinə görə, əgər MSK-nın partiyaların maliyyə fəaliyyətini yoxlamaq imkanı xaricindədirsə, o zaman hesabatları partiyaları qeydiyyata alan Ədliyyə Nazirlyinə verilməlidir. Siyavuş Novruzov isə bildirdi ki, hesabatın MSK-da verilməsini düzgün addım hesab edir. Deputat İqbal Ağazadə də partiyaalrın hesbatının MSK-ya verilməsinin əleyhinə çıxaraq bildridi ki, bu qurumun belə bir hüququ yoxdur:
“Çünki MSK dövlət qrurumu deyil. Digər tərəfdən, onun audit aparmaq hüququ yoxdur. Eyni zamanda orada təmsil olunan MSK üzvləri partiyaların mövqeyindən çıxış edəcək, daha hesabatın doğru olmasının yox. Ona görə də təklif edirəm ki, hesabatlar Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və ya digər qurumlara verilsin.
Deputat İlyas İsmayılov isə bildirdi
ki, MSK-nin partiyaların maliyyə hesabatını yoxlamaq üçün hüquqi bazası yoxdur:
“MSK-nın ancaq
seçkiləri keçirmək hüququ var. MSK-ya maliyə hesabatı hüququ verilməsi
qeyri-qanunidir və düzgün deyil. Qanuna hörmət edilməlidir.”
Oqtay Əsədov isə bildirdi ki, əgər bu səlahiyyət həmin dövlət qurumlarına verilsəydi, o zaman deyəcəkdilər ki, dövlət maliyyə vəsaiti ayırıb, indi də özü dövlət qurumu vasitəsi ilə ayırdığı vəsaitlərə nəzarət edir.
Z. Oruc isə bildirdi ki,
əgər İqbal Ağazadənin dediyi təklif qəbul olunsa, o zaman müxalifət yenə bunun
əleyhinə çıxaraq bu vəsaitlərin dövlət tərəfindən nəzarətə alınması kimi qəbul edəcək. Oqtay
Əsədov Z. Orucun dediyi fikri reaksiyasız buraxmayaraq bildirdi ki, deyəsən sən
də partiya yaratmaq istəyirsən:
“Sənə uğurlar arzulayıram, get yarat. Sən bundan öncə bildirdin ki, parlamentdə sənədlər sürətlə rekord səviyyədə
qəbul edilir. Beynəlxalq sazişlər elə sürətlə müzakirə olunub qəbul
edilməlidir. Görürüəm sən də sürətlə partiya yaratmaq niyyətinə düşmüsən, sənə
uğurlar.”
İqbal
Ağazadə Zahid Orucun dedklərıini cavabsız buraxmayaraq bildirdi ki, onsuz da
biz Maliyyə Nazirliyinə hesabat veririk, daha bunu təkrar olaraq MSK-ya
verilməsinə nə ehtiyac var. Ağzına nə gəlir danışırsan. Bildiynizi danışın”.































































































