Moderator.az-a daxil olan məlumata görə, Sumqayıtın 65 illik yubileyi ilə bağlı bayram hazırlığını davam etdirən icra başçısı Eldar Əzizov üzərində “Sumqayıt-65” sözü əks edilən plakatları ictimai nəqliyyat vasitələrinin sürücülərinin ardınca şəhərdəki ictimai iaşə, habelə dükan və mağazalara da “tövsiyyə” etməkdədir. Məcburiyyət xarakteri daşıyan bu “tövsiyyə” xırda obyektlərə 10, iri obyektlərə isə 20-50 manata başa gəlir.
E.Əzizovun bu cür
“tövsiyyələrinə” adət edən sahibkarlar isə hesab edir, icra başçısı yubiley tədbirlərinin
ardınca yeni il hazırlığına start verəcək ki, bu da iş adamları üçün növbəti pul
itkisi deməkdir.































































































