“Azərbaycanda hərbi akademiyalar orta məktəb səviyyəsindədir”. Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. S.Cəlaloğlunun sözlərinə görə, bu akademiyalarda yüksək peşəkarlığa malik kadrlar yetişdirmək mümkünsüzdür:
“Sovet dönəmində peşəkar
hərbi kadrlar yetişdirən akademiyalar mövcud idi və bu akademiyalarda həqiqətən
də yüksək təhsil verilirdi. Azərbaycanda isə hər qoşun növünün öz akademiyası
yaradılıb, hansı ki, bu akademiyalarda təhsilin səviyyəsini yalnız orta məktəblə
müqayisə etmək olar. Bu isə Azərbaycan ordusu, onun təhlükəsizliyi üçün faciədir”.
Seymur Əliyev

































































































