Çində rekord yağıntı - Şəhər su altında qaldı – VİDEO

Hazırda oxunan: Çində rekord yağıntı - Şəhər su altında qaldı – VİDEO

609877

Çinin Quandun bölgəsində yerləşən Sinçjou şəhərini rekord yağıntılardan sonra sel basıb.

Bizim.Media xəbər verir ki, güclü leysan nəticəsində şəhərin bir sıra küçə və prospektləri su altında qalıb.

Məlumata görə, intensiv yağışlar şəhər infrastrukturuna ciddi ziyan vurub. Avtomobil yollarında hərəkət çətinləşib, bəzi ərazilərdə nəqliyyatın fəaliyyəti iflic olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sel sularının küçələri basdığı, avtomobillərin suyun içində qaldığı və şəhər sakinlərinin çətinliklə hərəkət etdiyi görünür.

Hadisə yerində kommunal və fövqəladə xidmət əməkdaşlarının işlədiyi bildirilir.

Təbii fəlakət nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin