İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatı keçirdi – VİDEO

Hazırda oxunan: İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatı keçirdi – VİDEO

609874

İsrail ordusu və sərhəd polisi son sutka ərzində İordan çayının qərb sahilində üç rayonda antiterror əməliyyatı keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, əməliyyat çərçivəsində 100-dən çox obyektdə axtarış aparılıb, 40-dan artıq şübhəli şəxs yoxlanılıb.

Nəticədə terror fəaliyyəti, təhrikçilik və qanunsuz silah saxlamaqda şübhəli bilinən 6 nəfər saxlanılıb. Onlar dindirilmək üçün polis bölməsinə aparılıblar.

Əməliyyat zamanı 10-dan çox silah-sursat aşkarlanaraq müsadirə edilib. Onların arasında tapançalar, ov tüfəngi, M16 və M4 tipli avtomatlar, eləcə də kustar üsulla hazırlanmış boru bombaları, döyüş sursatı və hərbi ləvazimat olub.

İsrail ordusu əməliyyatların bölgədə təhlükəsizlik təhdidlərinin qarşısının alınması məqsədi daşıdığını bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin