Uzunömürlülüyün sirri açıldı: Cəmi 3 məsləhətə qulaq asın

Hazırda oxunan: Uzunömürlülüyün sirri açıldı: Cəmi 3 məsləhətə qulaq asın

609902

ABŞ-ın ən yaşlı kişisi hesab edilən 111 yaşlı Luis Kano uzunömürlülüyünün sirrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, Kolumbiyada doğulan və hazırda Nyu-Cersi ştatının Linden şəhərində yaşayan Kano üç sadə qaydaya əməl etdiyini bildirib.

“Çox içməyin, yaxşı yatın və siqaret çəkməyin”, - deyə o qeyd edib.

1914-cü il dekabrın 9-da anadan olan Luis Kano 10 övlad atasıdır. Onun yaşı uzunömürlülük rekordlarını izləyən “LongeviQuest” təşkilatı tərəfindən təsdiqlənib. Təşkilata görə, o, ABŞ-da yaşayan ən yaşlı kişi hesab olunur.

Kano mənalı həyat üçün daha bir məsləhət də verib: “Özünüzü yaxşı aparın”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin