Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavodunda baş verən güclü yanğına görə yaxınlıqdakı evlərin sakinləri təxliyə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, Tuapsedə daha bir ciddi fövqəladə hadisə baş verib. Qubernator bildirib ki, “düşmən PUA-larının hücumu” nəticəsində neft emalı zavodunda genişmiqyaslı yanğın başlayıb.
Kondratyev qeyd edib ki, hazırda yanğının söndürülməsinə 164 nəfər və 46 texnika cəlb olunub. Yaxın vaxtlarda qüvvələrin sayının artırılacağı bildirilir.
Tuapse dairəsinin rəhbəri Sergey Boykonun məlumatına görə, zavodun yaxınlığında yerləşən evlərin sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilir. Müvəqqəti yerləşdirmə məntəqəsi şəhərdəki 6 saylı məktəbin bazasında hazırlanıb.
Rusiya mənbələri yanğının PUA qalıqlarının düşməsi nəticəsində yarandığını bildirirlər. Xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
Ukrayna teleqram kanalları isə qeyd edir ki, əvvəlki hücumlarda əsasən rezervuar parkı hədəfə alınırdısa, bu dəfə zərbə birbaşa neft emalı zavodunun özünə endirilib. Bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, Tuapse neft infrastrukturu apreldə bir neçə dəfə PUA hücumuna məruz qalıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:50 / 28.04.2026
Tuapsedə neft emalı zavodunda yanğına görə sakinlər təxliyə olunur – VİDEO
Hazırda oxunan: Tuapsedə neft emalı zavodunda yanğına görə sakinlər təxliyə olunur – VİDEO
Hazırda oxunan: Tuapsedə neft emalı zavodunda yanğına görə sakinlər təxliyə olunur – VİDEO
609859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































