Bakıda səhər saatlarında baş verən "Prius" qəzalarının ANBAAN VİDEOSU

Hazırda oxunan: Bakıda səhər saatlarında baş verən "Prius" qəzalarının ANBAAN VİDEOSU

609846

Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza zamanı nəqliyyat svetoforu və idarəetmə qutusu sıradan çıxıb:

“Bu səbəbdən kəsişmədə olan digər svetoforlar hazırda qeyri-işlək vəziyyətdədir. Yeni svetoforun və idarəetmə qutusunun quraşdırılması üçün tədbirlərə başlanılıb. İşlər başa çatana qədər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi səyyar svetofor vasitəsilə təmin ediləcək.

Svetoforun yararsız hala düşməsi ilə nəticələnən digər bir qəza isə Sabunçu rayonu, Zabrat-Maştağa yolunda qeydə alınıb. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu yolda səyyar svetofor işləyir.

Yollarda svetoforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin